Məşhur muğam ifaçısı koronavirusdan öldü - FOTO
27 Aprel 2021 10:42 SosialƏməkdar mədəniyyət işçisi, muğam ifaçısı Sərdar Əvəzoğlu vəfat edib.
Olaylar.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, S.Əvəzoğlu koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, Sərdar Əvəzoğlu 1959-cu ildə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olub. Xalq musiqisinə olan marağı, qeyri-adi istedadı sayəsində Sərdar Əvəzoğlu muğam sənətinin incəliklərinə yiyələnib. Azərbaycan səhnəsində özünəməxsus yeri qazanıb.
Məqaləyə dair fotomateriallar:


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31