Şahin Seyidzadə Qobustan rayonunda fərdi qəbul keçirib
26 Aprel 2021 18:16 SosialAzərbaycan Respublikası Milli Məclisinin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputatı Şahin Seyidzadə 26 aprel 2021-ci il tarixində Qobustan rayon sakinləri ilə fərdi vətəndaş qəbulu keçirib.
42 vətəndaşın iştirak etdiyi fərdi qaydada keçirilən səyyar formalı qəbulla bağlı deputat sosial şəbəkə hesabında paylaşım edib.
"26 aprel tarixində Qobustan Rayon Heydər Əliyev Mərkəzində rayonun Bədəlli, Bəklə, Cəmcəmli, Cəyirli, Çalov, Çuxanlı, Ərəbqədim, Nərimankənd, Sədəfli, Yekəxana kəndləri və Qobustan şəhərindən olan 42 sakinin iştirakı keçirilən səyyar formada fərdi qəbul həyata keçirildi. Qəbulda əsasən məşğulluq, infrastruktur, torpaq, əmlak, hüquq, kommunal xidmətlər, sağlamlıq və şəxsi məsələlər ilə bağlı müraciətlər səsləndirilmişdir."
Deputat Şahin Seyidzadə tərəfindən aprel ayı ərzində daha əvvəl Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində 18 vətəndaşın iştirakı ilə fərdi qəbul keçirilib