Peyvəndlərin ədalətsiz bölüşdürülməsi pandemiyaya qarşı mübarizəyə mənfi təsir göstərməkdədir
26 Aprel 2021 13:34 SosialPeyvəndlərin bölüşdürüllməsi ilə bağlı qlobal ədalətsiz dünyada pandemiyaya qarşı mübarizənin səmərəliliyinə mənfi təsir göstərməkdədir. Bloomberg-in məlumatına görə, indiyədək 1 milyarddan bir az artıq peyvənd dozalarından istifadə olunub. Vaksinasiya dünyanın 172 ölkəsini əhatə etsə də inkişaf etmiş ölkələr az gəlirli dövlətlər ilə müqayisədə 25 dəfə çox peyvənd əldə ediblər. "Olaylar"ın məlumatına görə, millət vəkili Vüqar Bayramov bildirib ki, hazırda dünya əhalisinin cəmi 6.7 faizi vaksinasiyada iştirak edib. Dünyada peyvəndlərin bölüşdürülməsindəki ədalətsiz və prosesin qlobal olaraq zəif aparılması pandemiyanın yaxın zamanlarda lokkalaşdırılaraq aradan qaldırılacağı ilə bağlı nikbinliyi kəskin azaldır. Pandemiyanın təsirlərinin minimumlaşdırılması üçün isə prosesin qlobal səviyyədə səmərəli təşkili çox vacibdir.