Olaylar.az "Vergilər" qəzetinə istinadən xəbər verir ki, "Dəmiryolservis" MMC, "5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC, "11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC, "ADY Servis" MMC və "Əsaslı Təmir" MMC-lərin fəaliyyətinə xitam verilir.
"Əsaslı Tikinti və Texniki Nəzarət" MMC sözügedən şirkətlərin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu və adının dəyişdirilərək "ADY Tikinti" MMC adlandırıldığını elan edib.