Brilliant Dadaşova Hüseynbala Mirələmovu müdafiə etdi
24 Aprel 2021 10:51 SosialXalq artisti Brilliant Dadaşova bir neçə gündür yayılan videosu ilə gündəmdən düşməyən sabiq deputat Hüseynbala Mirələmovu tənqid edənlərə cavab verib.
"Bu yaşlı kişini bu qədər tənqid edənlərin görəsən öz ataları yoxdur? Öldürməsəniz əl çəkməyəcəksiniz?" deyə, müğənni fikir bildirib. Dadaşovanın sözlərinə sosial şəbəkə izləyiciləri də biganə qalmayıblar. Onlar ifaçının özünü tənqid etməyə başlayıblar.
B.Dadaşova ünvanına yazılanlara "Belə şeylər mənim xasiyyətimə uyğun deyil. Səninkimilərin əxlaqdan danışması heç kimi təəccübləndirmir. Mən həmdən həmə, siz dəmdən dəmə. Səninkimilər mənim nə demək istədiyimi heç vaxt qanmaz" sözləri ilə cavab verib.
Qeyd edək ki, sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılıb. O, ADNSU-da Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri idi. Həmin görüntülərin də universitetin Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir. axşam.az