Lotu Qulinin ad gününə dünya oğruları axın etdi - FOTOLAR

 

Kriminal aləmdə Lotu Quli kimi tanınan "qanuni oğru" Nadir Səlifovun bu gün anadan olmasının 48-ci ildönümüdür. 
 
Onun ad gününü dünya oğruları qeyd ediblər. Məhz ad günü münasibəti ilə 35 dünya oğrusu Lotu Qulinin məzarını ziyarət edib, onun xatirəsinə saysız-hesabsız gül çələngləri həsr ediblər.
 
Qeyd edək ki, Nadir Səlifov 20 avqust tarixində Türkiyənin Antalya şəhərində nahar etdiyi şəxs tərəfindən qətlə yetirilib.
 
1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub. O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.
 
Lotu Qulinin bu gün keçirilən ad günündən olan fotoları təqdim edirik:
 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31