Aşura günü qanvermə kampaniyasına çağırış tədqirə layiqdir

 “Azərbaycan tolerant ölkədir və dövlətimiz bütün dinlərə, adət-ənənələrə, inanclara hörmətlə yanaşır. Dini etiqad azadlıqları ölkəmizdə hərtərəfli müdafiə olunur.”

"Azərbaycan tolerant ölkədir və dövlətimiz bütün dinlərə, adət-ənənələrə, inanclara hörmətlə yanaşır. Dini etiqad azadlıqları ölkəmizdə hərtərəfli müdafiə olunur." "Olaylar" xəbər verir ki, bu sözləri millət vəkili Tahir Rzayev deyib. Millət vəkili vurğulayıb ki, din xadimləri, dindarlar da dövlətin həyata keçirdiyi siyasəti, ictimai sabitliyi, sosial-iqtisadi inkişafı dəstəkləyir, onlar üçün yaradılmış imkandan, şəraitdən daim razılıq edir və bu həmrəylik, birlik, qanunların aliliyinə hörmət karantin dövründə də özünü aydın surətdə göstərir:"Din dövlətdən ayrı olsa da, dindarlarımız vəziyyəti, reallıqları düzgün qiymətləndirir, dövlətin karantin rejimi ilə əlaqədar qarşıya qoyduğu tələbləri, qaydaları əsas vəzifə kimi qəbul edirlər və çox yaxşı haldır ki, bəzən, bir çox hallarda onun əsl təbliğatçılarına çevrilirlər. Müqəddəs dini kitablarda əksini tapan insan sağlamlığının, səhhətinin qorunması, xəstələrə yardım edilməsi kimi bəşəri ifadələrin dönə-dönə din xadimlərimizin, inanclı insanların dilindən eşidilməsi xoşdur. Aşura günü ərəfəsində dindarlarımızın karantin rejiminin tələblərinə ciddi əməl olunmasına, riayət edilməsinə çağırışları və həmin günü baş yarmaq, zəncir vurmaq, qan çıxarmaq aksiyasına deyil, qanvermə kampaniyasına çevirmək fikirləri təqdirəlayiqdir. Bu, Allahın yaratdıqlarına bəxş etdiyi nəcib, xeyirxah əməllərə, islami dəyərlərə sadiqliyin, həm də dövlətə, xalqa məhəbbətin ifadəsidir. Əlbəttə, dinindən, inancından asılı olmayaraq hər bir kəs Allaha, dövlətə, insana inamı, məhəbbəti, sağlamlığın qorunmasını hər şeydən üstün tutmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31