Nazir Qarabağ döyüşçüsünü polis rəisi təyin etdi
6 İyul 2020 15:33 SosialDaxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Şamaxı rayon Polis Şöbəsinə yeni rəis təyin edib. "Olaylar"ın əldə etdiyi məlumata görə, nazirin əmri ilə polis polkovniki Əliyəddin Səfərov Şamaxı rayon Polis Şöbəsinə rəis təyin edilib. Ə.Səfərov bundan əvvəl Biləsuvar rayon Polis Şöbəsinin rəisi olub. O, Qarabağ müharibəsi iştirakçısıdır. Döyüşlərdə yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31