Əlilliyi olan şəxslərin istedadlarının inkişafı istiqamətində yeni layihəyə start verilir
Əlilliyi olan şəxslərin istedadlarının inkişafı istiqamətində yeni layihəyə start verilir
6 İyul 2020 15:29 Sosialİstedadlı Əlillər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə "Əlilliyi olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsinə dəstək" layihəsinin icrasına başladı.
"OLAYLAR" xəbər verir ki, layihənin əsas məqsədi fiziki məhdudiyyəti olan şəxslərin yaşadığı problemlərin həllinə köməklik göstərmək və cəmiyyətin diqqətini cəlb etmək, sosial aktiv vətəndaşları bu yöndə fəaliyyətinin davamlılığını təmin etməkdir.
Layihə çərçivəsində iştirakçıların mövcud problemlərinin həllinə dair işlərin görülməsi, yaradıcılıq imkanlarının müəyyənləşdirilməsi, inkişaf etdirilməsi və üzə çıxarılması, peşə, təhsil problemlərinin həllində işlərin görülməsi nəzərdə tutulur. Ölkədə mövcud pandemiya durumunu nəzərə alaraq toplantıların bir çox hissəsi onlayn olaraq keçililməsi gözlənilir.
Layihə Bakı şəhəri və Abşeron rayonunda həyata keçiriləcək. Layihənin müddəti 3 aydır.