Avtomobil qaçıran keçmiş məhkum yaxalanıb
6 İyul 2020 15:33 SosialBakıda avtomobil qaçıran şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edən Bakı şəhər sakini E.Xəlilov iyulun 4-də rayon ərazisindən "KIA" markalı avtomobilinin qaçırıldığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ə.Məmmədov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31