"Övladımı məndən çox istəyə bilməzsiniz, ayıbdır..." - Şəbnəm onu tənqid edənlərə CAVAB VERDİ - VİDEO
27 İyun 2020 13:24 SosialTanınmış müğənni Şəbnəm Tovuzlunun dünən kiçik övladı Əli ilə yayılan videosu söz-söhbətə səbəb olub.
Müğənni xanımın təzəlikcə dil açan oğlu Əliyə "Nə olar, yalvarıram, çimməyə icazə ver" cümləsini dedizdirməsi müzakirəyə səbəb olub, hətta Şəbnəmi buna görə tənqid edənlər də olub.
İfaçı onu tənqid edənlərə üzünü tutub: "Övladımı məndən çox sevəcəksiniz? Övlad anaya qurban da olar, yalvarar da, nəsə istəyər də .... Həmçinin də ana övlada ... Mən necə fədakar anayam, balalarım üçün necə işləyirəm, döyüşürəm, çalışıram məni tanıyanlar və ailəm gözəl bilir. Ona görə mənasız şərhlər yazmayın".
big.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31