Ədəbiyyat İnstitutunda dezinfeksiya işləri aparılıb
26 İyun 2020 21:08 SosialAzərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda pandemiya dövrünün tələblərinə uyğun olaraq sanitar-dezinfeksiya işləri aparılıb.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə institutun bütün otaqları, ayrı-ayrı şöbələri və dəhlizləri dezinfeksiya edilib.
Qeyd edək ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı müvafiq sərəncama uyğun olaraq, akademiyada mütəmadi olaraq sanitar-dezinfeksiya və digər qabaqlayıcı işlər həyata keçirilir.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31