Vətəndaşlar maskadan istifadəyə biganə yanaşırlarsa...
26 İyun 2020 12:30 SosialYunus Oğuz: "Bu məqsəd üçün nəzərdə tutulan sanksiyaların sərtləşdirilməsi zərurəti yaranır"
"Hazırda dünyanı ağuşuna almış koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması beynəlxalq səhiyyə sisteminin imkanları xaricindədr. Hələ ki, SOVİD- 19 infeksiyasının vaksini tapılmadığından dünya bu pandemiyanın ikinci dalğasını yaşamaq zorunda qalıb. Etiraf edilməlidir ki, dövlətlər koronavirus pandemiyasının təsirlərindən daha az itki ilə çıxılması istiqamətində ən müxtəlif vasitələrdən istifadə edirlər".
Bunu "Olaylar"a deyən Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz qeyd edib ki, Azərbaycan dövləti də koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir: "Virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq məqsədilə xüsusi karantin rejimi tətbiq olunub. Məhz görülən tədbirlərin nəticəsidir ki, xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olub. Xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin şəkildə üstələyib. Lakin xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, insanların məsuliyyətsizliyi səbəbindən yeni yoluxma hallarının sayında artım müşahidə olunub. Belə məlum olur ki, pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından birbaşa asılıdır".
Y.Oğuz bildirib ki, ölkə vətəndaşları birmənalı şəkildə qəbul etməlidirlər ki, sərtləşdirilmiş karantin tədbirlərinin tətbiqinin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır: "Çox təəssüf ki, bütün tələblərə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər. Ən elementar müdafiə tədbirlərindən yararlanmaqda meyilli deyillər. İnsanlar bilməlidirlər ki, maska taxmaq, sosial məsafə saxlamaq və dezinfeksiya tədbirlərinə riayət etmək onların qorunması üçün vacib şərtdir. Ölkə vətəndaşları birmənalı şəkildə qəbul etməlidirlər ki, sərtləşdirilmiş karantin tədbirlərinin tətbiqinin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Çox təəssüf ki, bütün tələblərə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər. Ən elementar müdafiə tədbirlərindən yararlanmaqda meyilli deyillər. İnsanlar bilməlidirlər ki, maska taxmaq, sosial məsafə saxlamaq və dezinfeksiya tədbirlərinə riayət etmək onların qorunması üçün vacib şərtdir. Onu da qeyd edim ki, sadalanan tələblər içərisində ən vacibi qorunma maskalarından istifadə edilməsidir. Məhz bu amilin vacibliyini nəzərə alan hökumət maarifləndirici və inzibati tədbirləri həyata keçirir. Qanunvericilikdə edilən dəyişikliyə görə, qapalı məkanlarda tibbi maskadan istifadə etməyən vətəndaşlar 50 manat məblğində cərimə olunurlar. Eləcə də ictimai nəqliyyat vasitələrində tibbi maskadan istifadə məcburi xarakret daşıyır. Mövcud qaydalara görə, sərnişinlər tibbi maska taxmayana qədər avtobusların hərəkətinə icazə verilmir, metroya maskasız sərnişinlər buraxılmır".
Y.Oğuz Prezident İlham Əliyevin iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı səsləndirdiyi fikirləri bir daha xatırladıb: "Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik". Bir daha qeyd edim ki, hökumət tərəfindən görülən tədbirlərin hamısı vətəndaşların sağlamlığının qorunması məqsədi daşıyır. Əgər, bu halda da vətəndaşlar maskadan istifadədyə biganə yanaşırlarsa, bu məqsəd üçün nəzərdə tutulan sanksiyaların sərtləşdirilməsi zərurəti yaranır".