Ən təhlükəli yay ayaqqabıları açıqlandı
26 İyun 2020 11:01 SosialDüz altlığı olan ayaqqabılar ayağın deformasiyasına səbəb ola bilər. Bu meyara uyğun ən böyük təhlükəni "vyetnamka" formalı ayaqqabılar daşıyır.
"Komsomolskaya Pravda"nın məlumatına görə, bu barədə Rusiyanın tanınmış travmatoloq-ortopedi Mixail Vixtar açıqlama edib.
O, ayağa dəstək olan içlikli ayaqqabı geyinməyi və ortopedik astara diqqət etməyi məsləhət görüb. Bundan əlavə, həkim elastik və yumşaq altlıqlı ayaqqabı seçməyin zəruriliyini vurğulayıb.
M.Vixtar həmçinin yay fəslində parklarda və ya şəhər kənarında ayaqyalın gəzməyi tövsiyə edib.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31