İnformatika fənni üzrə Respublika fənn olimpiadalarının final turu
17 İyun 2020 14:53 Sosialİyunun 17-də Respublika fənn olimpiadalarının informatika fənni üzrə final turu keçirilib.
Olaylar.az bildirir ki, Bakı Mühəndislik Universitetində baş tutan final mərhələsində ümumilikdə 72 şagird iştirak edib. İştirakçılara təqdim edilən 5 alqoritmik məsələnin həlli üçün 5 saat vaxt verilib. Şagirdlər 2 yarımqrupda yuxarı yaş qrupu və aşağı yaş qrupu üzrə yarışıblar.
Olimpiadanın keçirildiyi mərkəzlərdə iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə koronavirusa qarşı bütün qabaqlayıcı tədbirlər həyata keçirilib, dezinfeksiya işləri aparılıb.
Qeyd edək ki, Respublika fənn olimpiadaları "Kapital Bank"ın sponsorluğu ilə təşkil edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31