TƏBİB məlumat yaydı - SON DƏQİQƏ!
16 İyun 2020 23:12 SosialAzərbaycanda koronavirusla bağlı 16 iyun 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Bildirilib ki, bu gün koronavirusa görə 4801 test aparılıb.
İndiyə kimi həyata keçirilən testlərin sayı 391 699-a çatıb.
Reanimasiyada olan xəstə sayı 133, süni tənəffüs cihazında olan xəstə sayı 29-dur.
Hazırkı dövrədək ölkəmizdə 10 min 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 5948 nəfər müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib. Aktiv xəstə sayı 4588 nəfərdir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31