Taksilərdə ön oturacaqda əyləşmək QADAĞANDIR
16 İyun 2020 16:57 Sosial"Taksi minik avtomobillərinin ön oturacağında əyləşmək qadağandır. İstisna ancaq o hallarda mümkündür ki, bir ailənin 3 üzvü səfər etsin". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə Dövlət Avtomibil Nəqliyyat Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova çıxış edib. O, bildirib ki, sürücülər müraciət edərək sərnişinlərin bəzilərinin etiraz etdiyini bildirirlər: "Bu qaydalar xüsusi karantin rejiminin xüsusi qaydalarıdır. Bu qaydaları sürücülər müəyyən etmir. Əməl edək ki, tez bitsin və salonda istədiyimiz yerdə əyləşə bilək. Sürücülər qeyd edir ki, bəzi sərnişinlər rəsmi açıqlama istəyir. Bu da rəsmi açıqlamam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31