Milli Məclisdə 2 nəfər koronavirusa yoluxdu
16 İyun 2020 12:05 SosialAzərbaycan Respublikasının Milli Məclisində "COVİD 19" karonavirus infeskiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır.
Parlamentdən Axeber.az-a verilən məlumata görə, bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVİD 19 testinin nəticəsi müsbət çıxıb. Onlar dərhal həkim nəzarətinə götürülüblər. Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar. Milli Məclisin COVİD 19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31