Professor Kamal Abdullayev: "Koronovirusa yoluxmağım haqqında məlumat yalandır"
16 İyun 2020 11:24 SosialSon günlər "Haqqın.az", "Virtual.az" saytlarında "Uroloji Mərkəz Kamal Abdullayevin Klinikası"nın rəhbəri, tanınmış uroloq, professor Kamal Abdullayevin koronavirusa yoluxması barədə məlumat yayılıb. "Olaylar" ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün sözügedən klinikanın rəhbəri K.Abdullayevlə görüşüb. Professor bildirib ki, onun koronavirusa yoluxması barədə yayılan məlumatın heç bir əsası yoxdur: "Mənim haqqımda yayılan məlumat tamamilə yalandır. Mən sağlamam və hazırda gördüyünüz kimi iş başındayam. Klinika da tam gücü ilə fəaliyət göstərir. O ki qaldı yanlış məlumat yayan saytlara, bildiriəm ki, həmin saytları məhkəməyə vermək hüququm var. Lakin onları hazırda dünyanın və Azərbaycanın yaşadığı bu gərgin günlərə bağışlayıram".