Azərbaycanda koronavirusa yoluxanların sayı 10 mini keçdi - Yenə ölənlər var
15 İyun 2020 20:12 SosialAzərbaycanda 367 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 156 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 10 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 739 nəfər müalicə olunaraq sağalıb, 122 nəfər vəfat edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31