Azərbaycanlılara ŞAD XƏBƏR : Karantin rejimi LƏĞV EDİLDİ

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun Geta (Aşağı Güləver) kəndində sərt karantin rejimi bu gün ləğv ediləcək.

Apa  xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili məlumat verib. Bildirib ki, epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar olaraq  kənddə sərt karantin rejiminin tətbiqi bu gündən dayandırılacaq.

Qeyd edək ki, yeni növ koronavirusun yayılması ilə əlaqədar olaraqkənddə mayın 15-dən etibarən sərt karantin rejiminin tətbiqinə başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31