Test neqativ çıxıbsa, sevinməyin – Həkimdən şok
15 İyun 2020 13:05 SosialTestin nəticəsi neqativ çıxanlar sevinir və küçədə, bayırda gəzməyə başlayır, nəticədə başqalarını yoluxdurur.
Axar.az-ın verdiyi xəbərə görə, bunu həkim-radioloq Qeyrət Nəsirov bildirib. Onun sözlərinə görə, qrip olan və koronavirus aşkarlanmayan şəxslər başqalarını, ailə üzvlərini xəstələndirirlər:
"Bir də baxır ki, ailədə hamı öskürür, temperatur yüksəlir, ağciyərlər darmadağın olur. Xəstəyə deyəndə inanmır, söyləyir ki, analizlərin nəicəsi mənfi çıxıb və evdə kortəbii müalicələr almağa davam edir. Və nəticədə bugünkü mənzərə yaranır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31