Koronaya yoluxan Bağırzadənin xanımı danışdı
14 İyun 2020 20:04 SosialAzərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirusa yoluxub.
Kult.az xəbər verir ki, məlumatı REAL TV-yə aktyorun həyat yoldaşı Şəhla Bağırzadə təsdiqləyib.
Əməkdar artist Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətinin də kifayət qədər ciddi olduğu bildirilir.
Şəhla Bağırzadə açıqlamasında dövlət tərəfindən bütün işlərin görüldüyünü, əməkdar artistin müalicəsinin Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətində olduğunu bildirib.
Qeyd edək ki, Bəhram Bağırzadənin ailə üzvlərindən COVİD-19 -la bağlı götürülmüş testlərin cavabı neqativ çıxıb. Yəni onlarda koronavirus aşkarlanmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31