Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb - FOTO

Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanır.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31