Elçibəyin xanımının vəfatından 1 il ötdü
14 İyun 2020 12:12 SosialBu gün çağdaş milli azadlıq hərəkatının lideri, Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın vəfat etdiyi gündür.
Həlimə Əliyeva 1952-ci ildə anadan olub. Əbülfəz bəylə 1979-cu ildə ailə həyatı qurub. Onların bir qızı, bir oğlu var.
Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən Həlimə Əliyeva 2019-cu il iyunun 14-ü 67 yaşında Türkiyədə vəfat edib. Ordubad rayonunun Kələki kəndində dəfn olunub.
Cebhe.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31