TƏBİB məlumat yaydı: 130 nəfər reanimasiyadadır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 13-nə olan statistik göstəriciləri açıqlayıb.

Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7505 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 375 759 test aparılıb. İndiyədək 115 nəfər COVID-19-dan dünyasını dəyişib, 5309 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 4146 nəfərdir. 130 nəfər reanimasiyada, 23 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 352 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 196 pasiyent sağalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31