Şəbnəm Tovuzlu: "Keçmiş həyat yoldaşım dedi ki..."

Müğənni Şəbnəm Tovuzlu "Gündən-günə" verilişində şəxsi həyatı haqqında danışıb.

Şəbnəm Tovuzlu ilk nikahından danışıb:

"17 yaşım var idi. Xalam oğlunun toyuna getmişdim. Keçmiş həyat yoldaşımla orada tanış olduq. Qız və oğlan razı idi. Həmin ərəfədə elçi gəlmək istəyirdilər. Keçmiş həyat yoldaşım mənə dedi ki, gedək anam və bacımla tanış ol. Bacımın evidir. Qapını qayınanam və baldızım açdı. İki-üç saat sonra dedim ki, mən evə gedim, dedilər ki, hara gedirsən?

Artıq bu evin gəlinisən. Mən keçmiş qayınanamı çox sevirəm. Həyat yoldaşımla anlaşmayıb ayrılmışıq. Çox qaşqabaqlı gəlin idim. Toy macəram belə olub. Qayınananla, baldızınla tanış olmaq üçün gedirsən və sonra səni qaçırırlar. Qayınanam Tahirə xanım danışır ki, divanda oturmuşdun, toppuş qız idin, deyirdin ki, evimizə getmək istəyirəm".

Müğənni Xalq artisti Tünzalə Ağayevanın "Toy müğənnisi ilə fərqim olmalıdır" fikrinə isə belə reaksiya göstərib:

"Konsertlər vermişəm və bunu hamı bilir. Xalq artisti Nazpəri Dostəliyeva, Əməkdar artistlər Xumar Qədimova, Mətanət İsgəndərli, Könül Kərimovanı dinləmişəm. Bu, o demək deyil ki, onlar toy müğənniləridir. Müğənniləri kateqoriyaya bölmələrini sevmirəm".

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31