Azərbaycanda iş adamı koronavirusdan vəfat edib

Bu gün 34 yaşlı Fərid Nəcəfqulu oğlu Əliyev koronovirus infeksiyasına yoluxma şübhəsi ilə vəfat edib.

Yaxınlarının APA-ya verdiyi məlumata görə, Ağcabədi şəhərindən olan F. Əliyev iş adamı kimi fəaliyyət göstərib və ailəsi ilə birlikdə Bakıda yaşayıb.

O, bir həftə əvvəl özündə nasazlıq hiss edib. Mərhum qızdırma, halsızlıq, kəskin ağrılar və nəfəs darlığından əziyyət çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31