Bu şəxslər rayonlara gedə bilməzlər - RƏSMİ
12 İyun 2020 18:49 SosialSərtləşdirilmiş karantin rejimi elan olunmazdan öncə Bakı, Abşeron və Sumqayıt sakinləri çalışırlar ki, sərt karantin rejimi olunmayan ərazilərə getsinlər və iki gün müddətdə orda olsunlar. Bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
sözlərinə görə, Bakı, Suqmayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonlarının inzibati ərazilərinə giriş-çıxışa icazə verilmir.
"Adı çəkilən şəhərlərin və rayonun sakinləri digər rayonlara gedə bilməzlər. Onlar karantin postlarından geri qaytarılacaq. Bu məqsədlə onlar hansısa əraziyə getməsinlər. Yaxın və uzaq qohumlarının evinə getməklə onları da yoluxdura bilərlər. Bir kənddə bir ailənin yoluxması neçə ailənin yoluxmasına səbəb ola bilər".