Dezinfeksiya olunan ərazilər genişləndirilir - Aparat rəhbəri
12 İyun 2020 18:12 SosialPaytaxtda dezinfeksiya işlərinin aparılmasına gündə 2000 insan cəlb olunub.
Bunu Bakı şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri Elgin Həbibullayev Operativ Qərargahın bu günükü brifinqdə deyib:
"İcra Hakimiyyətinin balansında 11 415 bina var ki, bu binalarda həftəlik dezinfeksiya işləri aparılır. Eyni zamanda iki həftədən bir şəhərdə gücləndirilmiş dezinfeksiya işlərinə start verilir.
Bu dezinfeksiya işlərinin coğrafiyası hər dəfə genişləndirilir. Qaradağ və Sabunçu rayonları, digər ərazilər bu siyahıya əlavə edilib".
Aparat rəhbəri deyib ki, məişət tullantılarının atılması üçün hər binanın qarşısına xüsusi konteynerlər yerləşdiriləcək: "2 gün ərzində 1000-dən çox belə konteynerlər quraşdırılacaq və 2 gün sonra yığışdırılacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31