Böyük çörək ehtiyatı yığmağa ehtiyac yoxdur - Elgin Həbibullayev
12 İyun 2020 18:05 SosialÖtən həftə xoşagəlməz mənzərə ilə qarşılaşdıq, binaların qarşısında çörək tullantılarının yığılmasını gördük.
Bunu Bakı şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri Elgin Həbibullayev Operativ Qərargahın bu günükü brifinqdə deyib:
"Bəzi insanlar 2 günlük deyil, 20 günlük ehtiyat götürürlər. Onlardan diqqətli olmalarını xahiş edirik".
Elgin Həbibullayev bildirib ki, vətəndaşlar ticarət mərkəzlərinə daxil olarkən maskadan istifadə etsələr də, daha sonra maskanı çıxarırlar: "Bu, özünü aldatmadır. Hazırda görünməz düşmənlə mübarizədəyik. Nəzərə alaq ki, dövlət üzərinə düşən öhdəliyi yerinə yetirib. Hər kəs ətrafında olan insana məsələnin mahiyyətini və təhlükəsini çatdırmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31