Belə olan halda 108-ə zəng edin - Ülvi Mehdiyev
12 İyun 2020 18:04 SosialÇağrı mərkəzi sərt karantin rejimi günlərində xüsusi rejimdə işləyəcək.
Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Təcili yardımın, kommunal - işıq, su, qaz, lift xidmətlərinin "qaynar xətt"inə müraciət etməkdə və digər zəruri təxirəsalınmaz hallarla bağlı çətinlik çəkən vətəndaşlar 108 "Çağrı" Mərkəzinə zəng vurmaqla zəruri xidmət sahələri ilə əlaqələndiriləcəklər".
O əlavə edib ki, xüsusi təxirəsalınmaz hallar yarana bilər ki, bu hallarda müraciət etməyə imkan yoxdursa, vətəndaşlar 108-ə zəng edərək müraciət edə bilərlər: "Məsələn, vətəndaşlar yaşlı valideynləri ilə əlaqə saxlaya bilmirsə, "Çağrı" mərkəzindən istifadə edə bilərlər.
Yaxud da yolda hadisə baş verərsə, qəza, nasazlıq zamanı müraciət etməyə yer olmadıqda, "Çağrı" mərkəzinə məlumat verə bilərlər".