Bir həftədə 40 min əmək müqaviləsi bağlandı - Ülvi Mehdiyev

İcazələr sistemi ilk dəfə aprelin 3-də tətbiq olunmağa başladı.

Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bu günükü brifinqdə deyib:

"Bu dövrdə ilk həftə ərzində 40 minə yaxın əmək müqaviləsinin bağlanmasının şahidi olduq. Ümumi 70 minə yaxın əmək müqaviləsi qeyd olundu.

İcazələr zamanı işçinin əmək müqaviləsinin olub-olmaması qeyd edilməlidir".

Onun sözlərinə görə, əmək müqaviləsi olmayanların icazəsi qeydə alınmayacaq: "Bu qeyri-formal məşğulluğun aradan qaldırılmasına təkan verdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31