Bəzi insanlar ev şəraitində müalicəyə cəhd edərək... Yaqut Qarayeva
12 İyun 2020 17:50 SosialPandemiya dövründə ikinci dəfə olacaq ki, sərt karantin rejimi tətbiq olunacaq.
Bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ qərargahın bu günkü brifinqində eyib: "Bunun səbəbi 2 günlük də olsa, insanların təmasını minimuma endirmək üçündür. Həftə içi də təması azaltmaq lazımdır ki, əsas məsuliyyət insanların üzərinə düşür. Nəzərə alaq ki, son zamanlarda yoluxma və ölüm halları artır. Üstəlik bəzi insanlar ev şəraitində müalicəyə cəhd edərək, başqa insanların yoluxmasına şərait yaradır. Vəziyyət hələ ki, kontrolumuz altındadır. Lakin qaydalara riayət etməliyik".
O əlavə edib ki, bu istiqamətdə modul tipli xəstəxanalar istifadəyə verilib: "Vətəndaşları anlayışlı olmağa çağırırıq. Biz birlikdə bu problemi həll edə bilərik. Sonrakı atılan addımlar gündəlik yoluxma halları və ölüm sayına əsasən qəbul ediləcək".