Azərbaycanda 336 nəfər koronaya yoluxdu, 5 nəfər öldü

Azərbaycanda 336 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 183 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Qeyd edək ki, son sutkada koronavirusla bağlı 5 600 test test aparılıb, ümumilikdə yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı 368 254 olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31