DİM bədən hərarətinə görə imtahana buraxılmayan şagirdlər haqda danışdı

Bədən hərarəti aşkarlandığına görə, buraxılış imtahanına buraxılmayan şagirdlər üçün yenidən imtahanların təşkili ilə bağlı Təhsil Nazirliyi ilə birlikdə müzakirələr aparılır.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.

Onun sözlərinə görə, bununla bağlı hələ qərar verilməyib: "Amma buna bir ümid də var deyərik".
B.Xəlilov əlavə edib ki, imtahanlarda üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün sentyabrda yenidən imtahan keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31