23 589 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb

2019-cu ildən etibarən ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilib. Bu barədə məlumat "OLAYLAR"-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olub. Təhsil Nazirliyi tərəfindən şagirdlərin elektron yerdəyişməsi prosesi vətəndaşlar üçün daha bir imkan deməkdir. Bildirilib ki, 2019-2020-ci tədris ili ərzində 23 589 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31