Aysel Əlizadə: "Səhvimi-düzümü qəbul etdiniz, sevmək..." - Foto

Müğənni Aysel Əlizadə doğum gününü qeyd edir.

O, sosial şəbəkədə ad günü təəssüratlarını bölüşüb:

"Bu gün mənim doğum günümdür, 30 yaş. Həyat çox gözəldir. İnsan yaş ötdükcə yaşlanırmış deyirlər.
Ancaq mən çox xoşbəxtəm, çünki yaşım artdıqca həyatda nəyin daha önəmli olduğunu anladım və hələ çox şeyi anlayacam. Bilirəm bu günə qədər səhvimlə, düzümlə qəbul etdiniz.

Mənim gözəl ailəm, sizə təşəkkür edirəm. Nə yaxşı ki, varımsınız. Çox çətin günlər oldu. Yaşanılası nə varsa, yaşadım və yaşayacam da. Çünki ağlım kəsən hər zaman sevdiklərim, ailəm üçün çalışmışam, çabalamışam. Peşman deyiləm, gözəl yorğunluqdur. Hər şeyi, hər kəsi sevmək lazımdır.

Sevgi bizim var-dövlətimizdir və hansı ki, bu dünyada qalmır. Gerisi cəfəngiyyatdır".

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31