Azərbaycanda kişi təzə paltar geyindi, 20 rükət namaz qıldı və özünü asdı: Toyundan əvvəl...
12 İyun 2020 10:20 SosialQax rayonunda intihar hadisəsi qeydə alınıb."Sputnik Azərbaycan"ın məlumatına görə, hadisə rayonun Almalı kəndində baş verib.Kənd sakini Nofəl Məzahir oğlu Yusifov özünü yaşadığı evin həyətyanı sahəsində gavalı ağacından asaraq intihar edib. Mərhumun meyitini anası aşkar edib. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.Qeyd edək ki, N.Yusifov üç il öncə, toyuna bir neçə gün qalmış sirkə turşusu içərək, intihara cəhd etmişdi. Həmin vaxt anasının müdaxiləsi ilə özünəqəsdin qarşısı alınmışdı.Mərhumun qohumlarının sözlərinə görə, N.Yusifov intihardan əvvəl özünə aldığı təzə paltarları geyinib, 20 rükət namaz qılıb.Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.Mərhum ailəli idi, bir övladı var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31