"Alınmayacaq, zəmanə başqadır" - Ədalət Şükürov
12 İyun 2020 10:09 Sosial"Alınmayacaq, zəmanə başqadır. Heç nəyi dəyişdirə bilmərik. Əvvəl biz kitab oxuyardıq, indikilər yox. Girirlər internetə hər şeyə baxırlar, elektron kitab oxuyurlar. Amma həmişə demişəm: Kitab oxuyan televizora baxanın rəisi olacaq".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov "Show news"a açıqlamasında deyib. Müğənni sənətə ilk gəldiyi vaxtlarda ona edilən haqsızlıqları etiraf edib:
"İndiyənə qədər çalışmışam heç kimə qarşı səhv etməmişəm. Azərbaycana yeni gələndə təəccüblənirdim. Başlayırdılar mikrofunun səsini azaltmağa, batareyasını çıxarmağa, ya səhnəyə çıxanda məni elan etmirdilər. Amma mən onlara özümü sübut etdim, dedim ki, mənə qarşı elə olmayın. İndi mənə qarşı nə operatorlardan, nə jurnalistlərdən, nə aparıcılardan neqativ nəsə olub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31