Gənclərin iştirakı ilə onlayn maarifləndirmə tədbiri keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə elan olunmuş İnsan Hüquqları Aylığı çərçivəsində Ombudsman Aparatı Gənclər və İdman Nazirliyi ilə birgə onlayn formada “Gənclərin hüquqları” adlı silsilə tədbirlər keçirir
11 İyun 2020 15:33 SosialAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə elan olunmuş İnsan Hüquqları Aylığı çərçivəsində Ombudsman Aparatı Gənclər və İdman Nazirliyi ilə birgə onlayn formada "Gənclərin hüquqları" adlı silsilə tədbirlər keçirir. Ombudsman Aparatının, Nərimanov Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə, Nərimanov, Sabunçu, Suraxanı və Xəzər Rayon Gənclər və İdman İdarələrinin və gənclərin iştirakı ilə onlayn görüş keçirilib. Qurumdan "Olaylar"a bildirilib ki, "Gənclərin təhsil və karyera sferasında davamlı inkişafı ilə bağlı keçirilən onlayn təlim və tədbirlərin əhəmiyyəti" mövzusuna həsr edilən görüşdə Ombudsman Aparatının əməkdaşları Müqalib Mahmudov, Lamiyə Zeynalova və Aydan Talıbova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, Nərimanov Bələdiyyəsinin sədr müavini Vüsal Cəfərli, "Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin Regionlarla iş şöbəsinin rəhbəri Ümidə Rəhimova, tələbə-gənclər təşkilatlarının sədrləri və fəal gənclər iştirak ediblər. Görüşdə çıxış edən Ombudsman Aparatının digər əməkdaşları da gənclərin təhsil və karyera sahəsində davamlı inkişafının təmini üçün ölkəmizdə mövcud olan resurslardan və yaradılan yeni imkanlardan danışıb, gənclərə öz tövsiyələrini çatdırıblar.Daha sonra mövzu ilə bağlı rayon gənclər və idman idarələrinin rəisləri çıxış edib, praktiki müzakirələr aparılıb və gəncləri maraqlandıran suallar cavablandırılıb.