Nazir müavinləri yanğın ərazisinə getdilər

Fövqəladə hallar nazirinin müavinləri Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yanğın baş verən əraziyə gedib. Bu barədə "Olaylar"a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd edilib ki, yanğının söndürülməsi üçün dərhal əraziyə nazirliyin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub. Hazırda nazir müavinləri general-leytenant Etibar Mirzəyev və Tapdıq Əmiraslanov, habelə nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədirlər.Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31