“İntermed” klinikası fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən tanınmış sağlamlıq mərkəzi "İntermed" MMC ləğv olunub."Olaylar" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 115 ünvanına bildirə bilərlər. Xatırladaq ki, "İntermed" MMC 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 101,2 min manatdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31