Daha bir marşrut xəttində Bakubas avtobusları xidmət göstərəcək

Bu gündən 24 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları "BakuBus" MMC-yə məxsus BMC Procity 12 metrlik müasir və komfortlu avtobuslarla həyata keçirilir. "OLAYLAR"-a Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, dəyişiklik nəticəsində Bakıxanov və Qaraçuxur qəsəbələrinin "Koroğlu" NMM və metronun "N.Nərimanov" stansiyası ilə marşrut xətti ilə əlaqələndirilməsi təmin edilib. 

Sərnişinlərin "BakıKart"-ın balansını artıra bilməsi üçün 24 nömrəli marşrut xətti boyunca xüsusən də Bakıxanov və Qaraçuxur qəsəbələri ərazisində 7 ünvanda pos-terminal qoyulub.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31