“Görülmüş işlər “COVID-19”un yayılmasına qarşı olduqca önəmlidir” ÖZƏL-MÜNASİBƏT
10 İyun 2020 17:00 Sosialİyunun 9-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı oldu. Bunlar, Abşeron yarmadasının üç fərqli yerində - Bakının Bilgəh qəsəbəsində, Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləridir. İlk belə kompleks isə hələ ötən ayın 7-də paytaxtda istifadəyə verilmişdi və açılışı olan yeni modul tipli xəstəxana kompleksləri sonuncular deyil, daha altı kompleks də bölgələrdə tikiləcək. Bu sözləri Olaylar.az-a müsahibısində Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.
Əkbər Qoşalı vurğulayıb ki, heç şübhəsiz, görülmüş və nəzərdə tutulan işlər "COVID-19"un yayılmasına qarşı olduqca mühüm önəm daşıyır. "Nələri özəlliklə vurğulamaq, fərqləndirmək olar? İlk növbədə onu deməliyik ki, koronovirusun daha çox təsbit edildiyi, əhalimizin daha çox məskunlaşdığı Abşeron yarmadası, bu coğrafiyanın timsalında ümumən respublikamız yeni sağlıq imkanları, yeni ümid və inam ocaqları qazandı. Bu, həm məqsədəmüvafiqliyi, səriştəni, həm də operativliyi ifadə etməkdədir. Belə modul tipli xəstəxanaların quraşdırılması ilə ölkəmizin səhiyyə sistemi əlavə 2000 çarpayılıq ehtiyat əldə etmiş oldu. Yoluxmuş vətəndaşlarımızın gərəkən tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə, o cümlədən tibbi əlaqələndirmə təmin edilmiş olur.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışlarda şəxsən iştirakı həkimlərimizə güc-qüvvət verir, xəstələrə inam aşılayır. Həm yeni sağlıq ocaqlarının açılışı, həm də dövlətin ali rəhbərliyinin açılışlarda iştirakı, dövlət başçısının açılışlardakı nitqi ümumən ölkəmizdə koronovirusla bağlı psxioloji durumun gərginlikdən uzaq tutulması baxımından çox faydalıdır.
Özəliklə, dövlət başçısı və xanımının tibbi maskadan istifadə etməsi, Prezidentin maska taxmaqla bağlı dedikləri, bu mövzuda bir daha çağırış etməsi fərqləndirməli olduğumuz məqamlardandır. Modul tipli xəstəxanaların istifadəyə verilməsindən başqa, ölkənin sənaye imkanlarından istifadə, qısa zaman kəsiyində iki tibbi maska müəssisəsinin fəaliyyətə başlaması, dezinfeksiya vasitələrinin respublika daxilində istehsal olunması, habelə, həkimlər üçün özəl geyimlərin istehsal edilməsi də unudlamamlıdır. Bütün bunlar dövlətin öz vətəndaşının qlobal pandemiya təhlükəsinə qarşısında müdafiəsi üçün kompleks tədbirlər gördüyünün bariz örnəyidir.
Bu yerdə dövlət başçısının öz sözlərini xatırlatmaq istərdim: "Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir - ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin. Çünki cəmi bu üç amil, - bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, - gərək nəzərə alınsın: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb".
Dövlət başçısın bu qədər açıq, səmimi şəkildə çağırış etməsi, bir vətəndaş, bir yazar olaraq şəxsən mənə çox duyğulu təsir bağışladı. Dövlət başçısı bir rəhbər olaraq, həm də yalnız rəhbər olaraq deyil, bir ziyalı, yanar ürək sahibi olaraq çağırış etdi. Öz vətəndaşının qayğısına qalan cənab Prezident məhz "artıq dərəcədə xahiş edirəm" dedi! Açığı, bu planda, bu mövzuda daha başqa bir çağırış, müraciət bu qədər təsirli çıxarmı? Bilmirəm. Məncə, dövlətin zirvəsi öz münasibətini həm şəxsi örnəklə, həm də ürəkdən gələn təsirli sözlərlə elə ifadə etdi ki artıq, məsuliyyət, son dərəcə yüksək məsuliyyət bizim, hər bir vətəndaşımızın çiynlərinə düşməkdədir. Tanrı bizi utandırmasın! Dövlətimiz zaval görməsin!", deyə Əkbər Qoşalı bildirib.