Bu ölkədə 30 milyon insan koronavirusa yoluxa bilər - Hökumətdən QORXUNC XƏBƏRDARLIQ
11 İyun 2020 10:03 Sosial30 milyon yəmənli epidemik xəstəliklərə yoluxma riski ilə üz-üzədir.Publika.az xəbər verir ki, bu barədə Yəmənin Səhiyyə naziri Nasir Baum danışıb.
Onun sözlərinə görə, bu xəstəliklərə başda yeni tip koronavirus olmaqla, 6 müxtəlif infeksiya: danq qızdırması, çikunquya, vəba, malyariya və tif daxildir.
O, hökuməti epidemik xəstəliklərlə mübarizə üçün səhiyyəyə dəstək verməyə çağırıb.Son rəqəmlərə görə, Yəməndə 560 nəfər koronavirusa yoluxub, 129 nəfər ölüb. Bu rəqəmlər Husi terror qruplaşmasının olduğu bölgələri əhatə etmir.
Hökumət aprelin 21-də meydana gələn sel fəlakəti nəticəsində yaranan ağcaqanadların səbəb olduğu epidemik xəstəliklərlə bağlı xəbərdarlıq vermişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31