Yevlaxda bir tondan çox çətənə bitkisi məhv edilib

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-Xaş-2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Qaraməmmədli kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri aşkarlanıb

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaş-Xaş-2020" əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Qaraməmmədli kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan  bildiriblər ki, tədbir zamanı çəkisi isə 1 ton 300 kiloqramdan artıq 3342 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31