Bu rayonların sakinlərinin hərəkətləri icazə əsasında tənzimlənəcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində hərəkət icaze.e-gov.az portalından əldə edilən icazələr əsasında tənzimlənəcək.

Olaylar.az bildirir ki, fəaliyyətinə icazə verilən sahələr üzrə qurum və ya təşkilatlar portala indidən daxil olaraq əməkdaşlarının icazələrini "Aktivləşdir" düyməsi vasitəsi ilə aktivləşdirə bilər. 

Fəaliyyətinə icazə verilən sahələr ilə Nazirlər Kabinetinin müvafiq Qərarında tanış ola bilərsiniz : https://cabmin.gov.az/az/document/4486/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31