Azərbaycanlı müğənni dəhşətli yol qəzasına düşdü: ölənlər və yaralılar var - FOTO/VİDEO

Cənubi azərbaycanlı müğənni Afşin Azəri avtomobil qəzası keçirib.

Bu barədə "Ardebilgram" səhifəsi məlumat yayıb.

Xəbərə görə, hadisə Təbrizin Hakim Nizami Keçidinin altında olub. Qarşıdan gələn "Dena" markalı avtomobil ifaçının MVM markalı avtomobilinə çırpılıb.

Nəticədə birinci avtomobildəki 3 nəfər dünyasını dəyişib. Azərinin ailə üzvləri isə yaralı şəkildə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, A.Azəri "Can-can" adlı mahnısı ilə ölkəmizdə də məşhurluq qazanıb.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31