DGK Akademiyası yeni ixtisaslaşma üzrə qəbul elan edib
Dövlət Gömrük Komitəsinin Akademiyası 2020/2021-ci tədris ilindən magistratura səviyyəsinə yeni ixtisaslaşma - "Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası" ixtisaslaşması üzrə qəbul elan edir.
10 İyun 2020 14:24 SosialDövlət Gömrük Komitəsinin Akademiyası 2020/2021-ci tədris ilindən magistratura səviyyəsinə yeni ixtisaslaşma - "Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası" ixtisaslaşması üzrə qəbul elan edir. Akademiyadan "Olaylar"a bildirilib ki, bununla da, 2020/2021-ci tədris ilində Akademiyada magistratura səviyyəsinə Dünya iqtisadiyyatı istiqaməti üzrə "Gömrük işi" ixtisaslaşmasına, Hüquqşünaslıq istiqaməti üzrə "Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası" ixtisaslaşmasına qəbul aparılır. Xatırladaq ki, 2019/2020-ci tədris ilində Akademiyada ilk dəfə magistraturaya qəbul aparılıb. Həmin tədris ilində magistratura səviyyəsinə qəbul Dünya iqtisadiyyatı istiqaməti üzrə "Gömrük işi" və Hüquqşünaslıq istiqaməti üzrə "Beynəlxalq hüquq" ixtisaslaşmaları üzrə həyata keçirilib.